Azərbaycanlı ata və oğul bədbəxt hadisə nəticəsində ölüb

# 09:57
31 iyul 2023

 

Əslən azərbaycanlı olan Rusiya vətəndaşları faciəvi şəkildə ölüblər. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Rusiyanın Tümen vilayətinin Niaqan şəhərində Salyan rayonunun Qarabağlı kəndindən olan 55 yaşlı Kərimov Mahir və oğlu 29 yaşlı Nurəddin iyulun 19-da, yanacaqdaşıyan sisternin boş çəninndə təmir işləri apararkən partlayış baş verib. Hadisə nəticəsində Nurəddin hadisə yerində keçinib, ağır xəsarət alan ata isə iyulun 28-də müalicə aldığı xəstəxanada ölüb. Oğlun nəşi iyulun 26-da Salyanda dəfn edilib. Mahir Kərimovun nəşinin avqustun 2 də Qarabağlıya gətiriləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR