Azərbaycanlı idmançılar Ermənistanı tərk etdi
Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatından geri çağırılan azərbaycanlı ağır atletlər artıq Ermənistanı tərk ediblər.
APA "Sputnik Armenia"ya istinadən məlumat yayıb ki, bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib."Azərbaycan idmançıları artıq Ermənistan sərhədini keçiblər", - nazir müavini bildirib.Xatırladaq ki, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasından sonra Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi birgə bəyanat yayıb. Bəyanatda bildirilib ki, təhlükəsizlik vəziyyəti nəzərə alınaraq Azərbaycan idmançılarının yarışa qatılmaması və geri qayıtması barədə qərar qəbul edilib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib