Azərbaycanlı iş adamı Hataydakı zəlzələdə öldü

# 14:42
10 fevral 2023

Azərbaycanlı iş adamı Türkiyənin Hatay bölgəsində baş vermiş zəlzələ nəticəsində həlak olub. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Əslən Salyan rayonunun Arbatan kəndindən olan iş adamı Eldəniz Həbib oğlu Əliyev Rusiya vətəndaşı idi.

58 yaşlı Eldəniz Əliyev 40 ilə yaxın idi ki, Sankt-Peterburq şəhərində yaşayırdı. Onun Meyvə-tərəvəz sahəsində böyük biznesi var imiş. Eldəniz Əliyev Türkiyəyə də iş ardınca gedib, amma Hatay şəhərində baş vermiş zəlzələdə həlak olub. Onun cənazəsinin bazar günü Salyana gətirilərək torpağa tapşırılması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR