Azərbaycanlı jurnalist oğluna toy etdi – AZ QONAQ ÇAĞIRDI
Rusiyanın məşhur NTV kanalında fəaliyyət göstərən Azərbaycan əsilli jurnalist İradə Zeynalovanın oğlu Timur Samolyotovun toy fotoları yayımlanıb.
APA TV Lent.az-a istinadən bildirir ki, 24 yaşlı Timurun toyu aprelin 16-da olub və məclisdə yalnız ailə üzvləri iştirak edib. Pandemiya səbəbi ilə İradə Zeynalova toy məclisinə az sayda qonaq dəvət edib.
Qeyd edək ki, Timur Samolyotovun atası da jurnalist olub. Oğlunun atası ilə 20 il evli olan İradə xanım daha sonra hərbi jurnalist Aleksandr Yevstiqneyev ilə eşq macərası yaşayıb və ailə həyatı qurublar. Aleksandr Yevstiqneyevin İradə Zeynalovadan on yaş kiçik olduğu qeyd olunur.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu