Azərbaycanlı məktəblilər həbs edildilər
İranın hökumət qüvvələri Binab şəhərində Cənubi Azərbaycandan olan üç məktəblini həbs edib.
APA TV xəbər verir ki, bu barədə "Azad İran” "Telegram” kanalı məlumat yayıb.
Bildirilir ki, Əşkan Cavidfər, Əli Vəliməhəmmədi və Araz Bədii molla rejiminin təhlükəsizlik orqanları tərəfindən saxlanılıblar.
Hələlik məktəblilərin hansı səbəbə görə tutulduğu və harada saxlanıldıqları barədə məlumat verilmir.
Xatırladaq ki, İran rejimi ölkədə kütləvi etirazlar başlayandan bir neçə məktəblini güllələyib və çox sayda şagirdi həbs edib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu