Azərbaycanlı nümayəndələr Türkiyənin qədim qalalarında oldular
Aprelin 15-də Türkiyədə səfərdə olan Milli Məclisin bir qrup nümayəndə heyəti Cümhuriyyət prospektində yerləşən qədim Ərzurum qalasını və Şəhər Arxivini ziyarət ediblər.
Qonaqlara Şəhər Arxivində Ərzurum qalasının maketləri göstərilib, həmçinin qalanın tarixi haqqında məlumat verilib. Qeyd olunub ki, qədim şəhər qala divarları ilə əhatələnib. O da bildirilib ki, səlcuqların ərazini fəthindən sonra ilk müsəlman qala da Ərzurumda salınıb.
Ərzurum Mədəniyyət və İncəsənət Qalereyası ilə tanışlıqdan sonra deputatlar “Çifte Minareli Medrese” və “Ulu Cami”də olublar.
Deputatlar günün sonunda Ərzurumdakı təhsil müəssisələrinin birində müvəqqəti məskunlaşan zəlzələ nəticəsində evlərini və ailə üzvlərini itirmiş ailələrlə görüşdülər, uşaqlara hədiyyələr payladılar.
Fuad Sadıqov
Fariz Quluyev
APA TV
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib