Azərbaycanlı "qanuni oğru"ya 23 il həbs cəzası istədilər
Moskva şəhər məhkəməsi “Rəşad Gəncski” ləqəbli "qanuni oğru" Rəşad İsmayılovu cəzasını ciddi rejimli müəssisədə çəkməklə 23 il müddətində azadlıqdan məhrum edilməsi istənilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, o, qətl, qeyri-qanuni silah saxlama, və digər cinayətlərdə ittiham olunur.
Məhkəmə istintaqı sübut edib ki, o və əlbir olduğu şəxslər 2009-cu ildə Moskvada iki azərbaycan vətəndaşını – Məmmədli Hüseynov və Qəşəm Verdiyevi qətlə yetiriblər. Onlara silahdan 29 atəş açılıb. Öldürülən hər iki şəxs “Rövşən Lənkəranski”nin klanına daxil olub. Onlar Rusiya paytaxtında meyvə-tərəvəz tədarükünə nəzarət edirdilər.
"Rəşad Gəncski" ittihamları qəbul etməyib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu