Azərbaycanlı qız dünya birincisi oldu: NASA-ya apardılar
279 nömrəli məktəbin 11-ci sinif şagirdi Qəndab Məmmədova ABŞ-ın RAYS universitetində keçirilən qlobal olimpiadada birincilik qazanıb. Fizika və astronomiya üzrə təşkil edilən olimpiadada Qəndab 29 ölkəni geridə qoyaraq, Azərbayacana qızıl medalla dönməyə müvəffəq olub.
Qəndab üçün yadda qalan məqamlardan biri də onun ABŞ-da keçirilən olimpiada iştirakçıları ilə birlikdə NASA-nın muzeyinə səyahət etməsi olub. Bununla yanaşı, Qəndab olimpiada çərçivəsində təşkil edilən mədəniyyət günündə də Azərbaycanı layiqincə təmsil edib.
Qəndabın 3 qardaşı var. Valideynləri deyir ki, qardaşları da Qəndab kimi olimpiada iştirakçılarıdır.
Qəndab Məmmədova olimpiadaya iştirak hüququ qazanan ilk azərbaycanlı qız təmsilçidir. Müəllimləri deyir ki, o bu olimpiadaya hazırlaşa-hazırlaşa gündəlik dərslərini də əla qiymətlərlə oxuyub.
Qeyd edək ki, hazırda Qəndab növbəti Beynəlxalq Olimpiadaya hazırlaşır.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)