Azərbaycanlı sürücü "parkovşik"i əzib öldürdü
Azərbaycanlı sürücü parkinq nəzarətçisini öldürüb.
Lent.az məlumat yayıb ki, hadisə İstanbul şəhərinin Esenyurt məhəlləsində baş verib. Tural ilə parkinq nəzarətçisi arasında yerpulu üstündə mübahisə yaranıb. Getdikcə mübahisə daha da şiddətlənib. Nəticədə Tural parklanma nəzarətçisini maşını ilə əzib.
Ətrafda olan insanlar bu hərəkətinə görə Turalı döyüblər. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları çağırılıb. Xəstəxanaya aparılan “parkovşik” orada ölüb.
Tural isə saxlanılaraq, istintaqa təhvil verilib.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib