Azərbaycanlı tələbə qız siqaretə görə qrup yoldaşını bıçaqladı
Dağıstanda azərbaycanlı tələbə qız siqaretlə fotoya görə tələbə yoldaşını bıçaqlayıb.
Lent.az məlumat yayıb ki, gənclər Azərbaycandan Dağıstana Pedaqoji Universitetin bədən tərbiyəsi fakültəsində təhsil almaq üçün gəliblər. Eyni yataqxanada yaşayan tələbələr uzun müddət dost kimi ünsiyyətdə olublar.
Azərbaycanlı tələbə mobil telefonla ağzında siqaret olan həmyerlisinin şəklini çəkib. Daha sonra siqaret çəkən qız valideynlərinin onun pis vərdişindən xəbər tutacağından qorxaraq tələbə yoldaşından şəkli silməsini istəyib.
Fotonun hələ də mövcud olduğunu bilən tələbə əsəbiləşərək yoldaşını qarnından bıçaqlayıb. Nəticədə zərərçəkmiş xəstəxanaya yerləşdirilib, hücum edən şəxs isə saxlanılıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu