Azərbaycanlı tələbə Türkiyədə oğurluq etdi
Türkiyədə azərbaycanlı tələbə oğurluq edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Muğla şəhərində Əmirbəyazid məhəlləsində baş verib. Səhər saatlarında yeməkxananın əməkdaşları işə gələrkən kassadan və digər qutudan pulların oğurlandığını görüb polisə şikayət ediblər. Muğla polisləri kamera qeydlərinə baxarkən oğurluq edən şəxsin Muğla Sıtkı Koçman Universitetinin tələbəsi olan azərbaycanlı Fikrət. A olduğunu müəyyən ediblər.
Fikrət. A polisdə ifadə verdikdən sonra həbs olunub. Araşdırmalar aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu