Azərbaycanlı yazıçı Ruisyada vəfat etdi
Azərbaycanəsilli rusiyalı yazıçı Eduard Bağırov 47 yaşında vəfat edib.
Bu barədə “Varlamov News” teleqram kanalı yazıçının yaxınlarına istinadən yazıb.
Mənbənin sözlərinə görə, son bir həftədə Bağırov komada olub. Onda orqan çatışmazlığının yarandığı bildirilir. Qeyd edək ki, yazıçı, kinodramaturq, radioaparıcı E. Bağırov 1975-ci ildə Türkmənistanın Marı şəhərində anadan olub. Onun atası azərbaycanlı, anası isə rusdur. 2007-ci ildə “Qastarbayter” romanı sayəsində məşhurlaşıb. 2008-ci ildə “Sevgililər”, 2010-cu ildə isə “İdealist” romanı işıq üzü görüb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu