Azərbaycanlılar hətta Londonda da nərddən əl çəkmir

# 14:55
11 mart 2023

İngiltərənin paytaxtı London şəhərində azərbaycanlılar arasında nərd çempionatı keçirilib. Londonda yaşayan azərbaycanlılar asudə vaxtlarının səmərəli keçirməsi məqsədilə artıq ikinci dəfədir ki, bu cür yarış təşkil edirlər.

“Nərd bizim qanımızda var. Nərd oynayanda da həmişə yanımızda çay olmalıdır. Nərd və çay ilə başqa bir atmosfer yaranır”  Bu sözləri çempionatın iştirakçılarından Elçin Daşdəmirov deyir. O, 12 yaşlı oğlu Emil ilə birgə çempionatda iştirak edir.

“Xaricdə yaşasaq da istəyirik ki, bizim uşaqlarımız da bizim mədəniyyətimizi bilsin, öyrənsin. Belə tədbirlərdə əsas məqsəd bir araya gəlmək, birgə vaxt keçirib, hal əhval tutmaqdır. Atamla hər gün nərd oynayırdıq ki, mən unutmayım oyunu, təmbəlləşməyim. Mən Azərbaycanı çox sevirəm. Hər il gedirik Azərbaycana, və gedəndə də tez-tez nərd oynayıram”.

15 ildir Londonda yaşayan Toğrul Bağırov deyir ki, insan vətəndən uzaq olanda öz doğmaları ilə yaxınlıq etmək istəyir:

“İnsan vətəndən uzaq olanda öz doğmaları ilə yaxınlıq etmək istəyir. Burada hər bir azərbaycanlı bizə doğmadır. London elə bir şəhərdir ki, burada insanlar biraz pərakəndə yaşayır. Azərbaycanlılar da bu həyat tərzinə öyrəşməyiblər. Nərd oynayanda insanlar açılışır, dostlaşır. Kefləri yaxşı olur”.  

Tədbirin təşkilatçılarından, Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Hafiz Baxşəliyev deyir ki, cəmiyyəti yaradandan bəri müxtəlif tədbirlər, idman yarışları, cəmiyyət üzvləri ilə görüşlər təşkil edilir:

“Biz uşaqlıqdan öz dostlarımızla məhəllədə yığışıb nərd oynayırdıq. İndi burada öz həmyerlilərimizlə yığışın nərd oyanamaq, mənə Azərbaycandakı günlərimi xatırladır. Bu nərd çempionatını da ikinci dəfərdir ki keçirdirik”.

Bu cür görüşlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR