Azərbaycanlıları ər kimi qeydiyyata alanlar həbs olundu
Novqorod vilayətinin Pestovski rayon Məhkəməsi Pestovski rayonu və Tver vilayətinin sakinləri olan 4 qadın barəsində hökm çıxarıb.
Lent.az-ın məlumatına görə, qadınlar xarici vətəndaşların ölkədə qanunsuz qalmasının təşkilində təqsirli biliniblər. Məhkəmə işin əsas təşkilatçısına 4,5 il şərti azadlıqdan məhrum etmə, onun şəriki və daha iki qadını 4 il və 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası verib.
Məlumata görə, həmin qadınlar 2021-ci ilin may-avqust aylarında Özbəkistan, Tacikistan və Azərbaycan Respublikasının 12 xarici vətəndaşına azyaşlı övladlarına uydurma atalıq rəsmiləşdiriblər. Bunun üçün qadınlar hər dəfə 8-50 min rubl arası pul alıblar.
Sonradan əcnəbilərdən bəziləri yaşayış icazəsi ala bilib. Novqorod vilayətinin prokurorluğu bildirir ki, belə bir prosedur ölkədə qalmağın müəyyən edilmiş qaydasını pozur.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib