“Azəriqaz” 8778 müraciətə nə cavab verib?

# 17:43
19 yanvar 2023

“Azəriqaz” İstehsalat Birliyində növbəti “Açıq qapı” aksiyası keçirilib. Aksiyada birliyə daxil olan müraciətlər və limitlərlə bağlı müraciətlər müzakirə olunub. Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib ki, təmsil etdiyə quruma ötən il ərzində 8778 müraciət daxil olub.

“Azəriqaz” İstehsalat Birliyinin İdarəetmə Aparatının Sayğacların tətbiqi və nəzarəti şöbəsinin rəisi Rövşən Məhiyəddinov isə limitlərin aşılması ilə bağlı məsələlərə aydınlıq gətirib.

Tədbirdə o da vurğulandı ki, artıq abonentlər quruma ekeltron müraciət portalı olan “Opentext” vasitəsi ilə də müraciət edə bilərlər. Bu müraciətlər daha operativ şəkildə cavablandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR