“Azəriqaz” Xankəndinin qaz xətlərini yenidən quracaq
“Xankəndi də daxil olmaqla, Qarabağ iqtisadi zonasına daxil olan ərazilər ötən əsrin 80-ci illərində Azərbaycan tərəfindən qazlaşdırılıb, infrastruktur yaradılıb”.
APA TV xəbər verir ki, bunu jurnalistlərə "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov deyib.
Onun sözlərinə görə, işğal dövründə bu kommunikasiyaların böyük qismi ermənilər tərəfindən dağıdılıb, viran qoyulub. Artıq Xankəndi şəhərinə gedən qaz xəttində “Azəriqaz” tərəfindən müəyyən təmir-bərpa işləri aparılıb.
Teymur Cəfərov bildirib ki, həmin ərazilərdə qurulacaq infrastrukturdan Azərbaycan vətəndaşları normal şəkildə yararlana biləcəklər.
Semral Cavad
Xəyal İskəndərov
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu