"Azəriqaz"a 121 min insan niyə zəng edib?

# 15:36
2 dekabr 2022

"Azəriqaz" İstehsalat Birliyində növbəti "Açıq qapı" aksiyası keçirilib.

Qurumun "104" Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək bildirib ki, ötən ay abonentlərdən gələn zənglərin sayı artıb. Ancaq bu artım insanların ödədiyi məbləğin hansı tarifdə olması, balans və limit barəsində məlumat almaq istəyi ilə bağlı olub: “Noyabr ayı ərzində "104" Operativ xidmət şöbəsinə 121.596 müraciət daxil olub. Bunun 104.748 Bakı, Abşeron rayonları ərazisindəndir. Qazın olmaması ilə bağlı müraciət edənlərin sayı cəmi 3.4% yəni 3 min 646 nəfərdir”.

 

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə qışa tam hazır olduqlarını bildirib: “Qış aylarında təzyiqin artmasının duyulduğu aylarda ciplik yoxlanmadığı hallda müəyyən yerlərdə sızmaların baş verməsi fəsadları baş verir. Bu baxımdan biz əmin olmaq üçün qışda normal təzyiqli qaz verəcəyik abonentlərə, haradasa problemimiz olmayacaq. Buna da əmin olmuşuq. Amma parallel olaraq hər zaman demişik ki, bu o demək deyil hardasa sızma olmayacaq, problem yaranmayacaq, bu mümkün deyil. Söhbət qarın, yağışın altında qalan avadanlıqdan gedir. Və illər ərzində istismar olunan boru kəmərlərindən gedirsə, burada neqativ halların olacağı da qaçılmazdır”.

 

Qeyd edək ki abonentlər azəriqaz.az saytının “chat” bölməsinə daxil olaraq, qurumun səlahiyyətli şəxslərinə öz suallarını ünvanlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR