“Azəriqaz”a 5 min şikayət gəlmişdi, heç biri sübutunu tapmadı - APA TV
"Qısa müddət ərzində 5000 abonent "Asan Kommunal"a müraciət edib". Bunu "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib.
"Bu müraciətlər sosial şəbəkələrdə yayılan sayğaca müdaxilə faktları ilə bağlıdır. Yalnız müraciətlərin heç birində şikayətlər sübutunu tapmayıb",- deyə o, əlavə edib.
Qurumun Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib ki, bu il cənub zonası qazlaşdırılacaq.
Aksiya zamanı o da bildirilib ki, fərdi yaşayış evlərinin qazlaşırılmasını istəyən şəxslər ərazi üzrə müraciət etsələr, məqsədlərinə daha tez çatarlar.
Nərmin Murad
Ceyhun Mustafayev
APA TV
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı