“Azəriqaz”ın 8 əməkdaşı işdən çıxarıldı
Bu ilin yanvar-aprel ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi üzrə işçilərə 1435 intizam tənbehi verilib.
APA TV xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, bunlardan 323-ü mühəndis-texniki işçilərə, 1112-si isə fəhlə heyətinə verilib.
İntizam tənbehlərindən 839-u töhmət, 457-si sonuncu xəbərdarlıqla şiddətli töhmət, 131-i aylıq əməkhaqqının dörddə biri məbləğində tutulma, 8-i isə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azadetmə olub.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?