“Azəriqaz”ın bu əməkdaşları işdən çıxarıldı

# 16:39
8 aprel 2022

"Azəriqaz" İstehsalat Birliyi Xankəndində hələ ki, texniki heç bir iş görmür. O ərazidə yerləşən abonentlər də "Azəriqaz"ın abonentləri deyil”.

 

Bunu “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev jurnalistlərə açıqlamasında bildirib. Direktor apardıqları müşahidələrə əsaslanaraq bildirb ki, həmin ərazidə erməni mətbuatının yazdığı qədər əhali yaşamır: “Sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərində hər hansı bir invertarlaşma aparılmır.Bu səbədən həmin ərazidə nə qədər abonentə təbii qazın verilməsi barədə dəqiq rəqəm deməyim düz çıxmaz. Ancaq invertarlaşmanın nəticəsi olaraq biz bunu qeyd edə bilərik. Bizim orada abonentimiz yoxdur”.

 

O bildirib ki, Xankəndiyə gedən qaz xətti üzərində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təmir-bərpa işləri aparılıb və hazırda Xankəndi şəhəri mavi yanacaqla təmin olunur.

 

Cari dövrdə qaz pulunun yığım səviyyəsinin 19 %-dək artığını deyən Ruslan Əliyev qeyd etdi ki, ilin ilk üç ayında yığımlar əhali sektoru üzrə 91,9 %, qeyri-əhali sektoru üzrə 97,9 % təşkil edib.“Azəriqaz”ın satdığı təbii qazın pulunun ümumi yığım səviyyəsi isə 95,4% təşkil edib: “Ötən ilin yanvar-mart ayları ilə müqayisədə qaz pulunun yığımı 18,8% artıb. İllik müqayisədə əhali sektoru üzrə artım 2,8%, qeyri-əhali sektoru üzrə isə illik artım 35,5% təşkil edib. Bu ilin mart ayında təbii qazın ödənişlərinin yığımı 92% təşkil edib ki, bu da 2021-ci ilin mart ayı ilə müqayisədə 9%çoxdur”.

 

Jurnalistlərin suallarını cavablandıran baş direktor xüsusi olaraq bildirdi ki, bu il də “Azəriqaz”ın vətəndaqşlara kobud davranan və  qanunları pozan bir neçə işçisinə töhmət verilib. Hətta onlar arasında işdən azad olunanlar da var: “Bu ilin yanvar ayında 1022 intizam tənbehi verilib ki, bunlardan  265-i mühəndis texniki işçi, 757-si isə fəhlədir. İntizam tənbehlərindən  624-ü töhmətdir, 302 əməkdaşa sonuncu xəbərdarlıq və  şiddətli töhmət verilib, 91 əməkdaşın əməkhaqqı tutulub, 5 əməkdaş isə işdən azad edilib. Mart ayında isə 318 intizam tənbehi verilib ki, bunlardan 78 mühəndis texniki işçi, 240-ı isə fəhlədir. İntizam tənbehlərindən 211-i töhmətdir,  83 sonuncu xəbərdarlıq və şiddətli töhmət, 22 nəfərin isə əməkhaqqı tutulub, 2 nəfər isə işdən azad edilib”.

 

Xatırladaq ki, bütün bu fikirlər “Açıq mikrafon” aksiyası çərçivəsində səsləndirildi. Aksiya hər həftənin VI günü “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında keçirilir.

 

AYTƏN SAKİTQIZI

FARİZ QULUYEV

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR