"Azəriqaz"ın əməkdaşı dəm qazından boğularaq ölüb
Goranboyda traktor sürücüsü kirayə qaldığı evdə dəm qazından boğularaq ölüb.
Hadisə rayonun Tap Qaraqoyunlu kəndində qeydə alınıb. "Azəriqaz"ın Tikinti departamentində traktor sürücüsü işləyən Elşad Süleymanov hamamda olarkən dəm qazından boğulub.
Mərhumun iş yoldaşı bildirir ki, çörək yedikdən sonra o çimmək istədiyini bildirib və vanna otağına keçib. Səhər ayılanda isə hamamda onun meyitini aşkarlayıblar.
Qeyd edək ki, Elşad Süleymanov Goranboyun Tap Qaraqoyunlu kəndinə Bakı şəhərindən gəlibmiş.
Faktla bağlı araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi