"Azərişıq" ASC Suqovuşan səfərində görülən işlər barədə jurnalistləri məlumatlandırıb
"Azərişıq" ASC Suqovuşana təşkil etdiyi media-tur çərçivəsində burada görülən işlər barədə jurnalistlərə məlumat verilib.
APA TV xəbər verir ki bildirilib ki, ümumilikdə, Suqovuşan elektrik Veriliş Xəttinin 35 kV müasir tip kabel ilə çəkilməsi nəticəsində şəbəkənin etibarlığının artırılması təmin edilib.
Bundan başqa, Tərtər rayonu, Suqovuşan və Talış kəndlərinin elektrik təchizatı üçün “Azərişıq” ASC tərəfindən 35 kV-luq 2,5 MVA gücündə “Suqovuşan” yarımstansiyası inşa edilib. Yarımstansiyanın qidalandırılması üçün 110/35/6 kV-luq “Tərtər” yarımstansiyasından 29 km məsafədə özünüdaşıyan izolyasiyalı kabeldən ibarət xət çəkilib.
Gələcəkdə yarımstansiyada 2-ci 35 kV-luq transformatorun quraşdırılması nəzərdə tutulub. Hazırda, yarımstansiyadan hərbi hissə elektirk enerjisi ilə təmin olunur.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib