“Azərişıq”dan əhaliyə ŞAD XƏBƏR

# 16:36
6 iyun 2022

Yaxın günlərdə “Azərişıq” ASC-nin elektrik sayğaclarının zədələnmələri ilə bağlı müraciətlərin qəbulu xidməti elektron hökumət portalına yerləşdiriləcək.

APA TV xəbər verir ki, bu barədə jurnalistlərə qurumun İnformasiya Texnologiyaları Departamentinin rəisi Qalib Həmidov deyib.

 

O bildirib ki, bu günə qədər elektron portalda 6 xidmət istifadəyə verilib. Son vaxtlar isə 5 yeni xidmət növü hazırlanıb ki, bunlardan da 2-si ən yayğın olanlardandır.

 

Daha bir xidmət isə müqavilələrin onlayn bağlanması ilə bağlıdır. İndən belə ad dəyişmə prosesi baş verdikdə abonent hansısa idarəyə yaxınlaşmadan e-gov portalı üzərindən rahatlıqla işini görə biləcək.

 

Qeyd edək ki, cari ilin sonunadək ASC tərəfindən təqdim edilən elektron xidmətlərin sayı 12-yə çatdırılacaq.

 

Fəridə Şirinova

Kamran Namazov

Apa TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR