“Azərlotereya” iştirakçıları məsuliyyətli oynamağa dəvət edir

# 20:32
15 iyul 2022

Azərbaycanda şans oyunlarının rəsmi təşkilatçısı - “Azərlotereya” Dünya Lotereya Assosiasiyasına üzv olub. Şirkət, həmçinin iştirakçılarını dünya standartları əsasında hazırlanmış “Məsuliyyətlə oyna!” konsepsiyası ilə tanış olmağa dəvət edir. Bu məqsədlə şirkətin rəsmi saytında “Məsuliyyətlə oyna!” adlı xüsusi bölmə yaradılıb. 


“Azərlotereya” şans oyunları üzrə dünyanın aparıcı təşkilatı sayılan Dünya Lotereya Assosiasiyasına üzv olub. Sözügedən nüfuzlu təşkilat təxminən 80 ölkə üzrə 150-dən çox rəsmi lotereya və idman mərc oyunları operatorunun qlobal peşəkar birliyidir. 


“Azərlotereya” beynəlxalq təcrübəyə əsaslanaraq şans oyunlarının təşkilində xoş və əyləncəli xidmətlər təqdim edərkən hər zaman “Məsuliyyətlə oyna!” prinsipinə sadiq qalır.

 

Qeyd edək ki, “Məsuliyyətlə oyna!” prinsipləri ilə daha ətraflı “Azərlotereya”nın rəsmi saytından məlumat əldə edə bilərsiniz.


 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR