“Azərpoçt” MMC-nin Tovuz filialında yanğın olub
Tovuzda inzibati binada yanğın olub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə “Azərpoçt” MMC-nin Tovuz regional filialında qeydə alınıb. Alov mühasibatlıq xidmətləri otağında kondisionerdən başlayıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin iki avtomobili və 15 canlı qüvvəsi cəlb edilib. İşçilər binadan ehtiyat yanğın çıxışından təxliyə edilib.
Hadisə zamanı otaqda olan elektron əşyalar və sənədlər yanıb.
Yanğının baş vermə səbəbləri araşdırılır.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri