“Azərsu-tikinti” xəstəxanasında nə baş verir? - Həkimlər TƏBİB-lə razılaşmır

# 17:46
19 yanvar 2022

Elə bu video ilə bağlı üz tutduq “Azərsu-tikinti” xəstəxanasına. Təbii ki, bağlanma səbəbini və burada illərdir çalışan insanların sonrakı taleyinin necə olacağını öyrənmək məqsədi ilə.

 

Bu sizə təqdim etdiyimiz xəstəxana olduğu guman edilən məkanın çox cuzi problemidir bəlkə də. Əsl problem isə bütün bunların fonunda xəstəxana daxilində baş verən çəkişmələrdir. İşçilər deyir ki, xəstəxana bağlandıqdan sonra köçürüləcəkləri yer və əməkhaqqı onları qane etmir. İddia edirlər ki, bunu da edən şəxs hətta baş həkimi belə heçə sayan xəstəxananın kadrlar şöbəsinin rəhbəri Rübabə Haşımovadır.

 

Problemin həlli ilə bağlı xəstəxananın baş həkimi Elman Mirzəyevin mövqeyini öyrənmə cəhdimiz baş tutumadı. Təkcə onu dedi ki, məlum məsələlərə TƏBİB baxır. Nə sualınız var, onlara ünvanlayın.

 

TƏBİB-dən isə bildirildi ki, Nizami Tibb Mərkəzi ilə əlaqə saxlayaq. Nizami Tibb Mərkəzindən də sorğumuza cavab olaraq bildirdilər ki, “Azərsu-tikinti” xəstəxanasının hemodializ şöbəsi yerində saxlanılmaqla, 9 stasionar cərrahi əməliyyatla məşğul olan həkim-mütəxəssis 4 cərrah, 3 həkim-ginekoloq, 2 lor həkimin fəaliyyətini Sabunçu Tibb Mərkəzində davam etdirməsi nəzərdə tutulub. Digər tibbi heyət, o cümlədən nevroloji, terapiya, qəbul, reanimasiya, laboratoriya şöbələri Nizami Tibb Mərkəzinin yeni binasına köçürüləcək və fəaliyyətlərini orada davam etdirəcəklər.

 

AYTƏN SAKİTQIZI

XƏYAL İSKƏNDƏROV

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR