Azneft dairəsində ağır qəza-xəsarət alanlar var – APA TV
Bakının Səbail rayonunda Neftçilər prospektində yol qəzası baş verib. “Changan” markalı maşının sürücüsü İstiqlaliyyət küçəsi ilə hərkətdə olan zaman Azneft dairəsinə gözləmədən bir başa daxil olub. Bu zaman dairədə hərəkətdə olan “BMW” markalı maşına çırpılıb. “Changan” markalı maşında olan sərnişin və sürücü xəsarət alıb.
“Changan” deformasiyaya uğrayıb. Hadisə yerinə gələn Təcili yardım briqadası xəsarət alan şəxslərə ilkin yardım göstərib. Fakt üzrə Səbail Rayon Polis İdarəsinin əməkdaşları sürücülərin izahatını alıb. Avtomobillər cərimə meydnçasına yerləşdirilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu