Azyaşlıları ziyarətgahlara aparan qadın cəzalandırıldı
Azyaşlıların ziyarətgahlara gedişini təşkil edən qadın saxlanılıb. Bu barədə APA TV-yə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. O bildirib ki, bir qrup şəxsin azyaşlı övladları ilə birgə ziyarətgahlara və pirlərə aparılması və orada dini ayinlərin icrasının təşkil edilməsi ilə bağlı bəzi xəbər saytlarında məlumatlar yayılıb: “Valideynlərin azyaşlı övladları ilə birgə Şamaxı rayonu ərazisində olan ziyarətgahlara gedişini və orada dini ayinlərin icra olunmasını təşkil edən, 1970-ci il təvəllüdlü Ş.Səbriyeva polis əməkdaşları tərəfindən müəyyən edilib, onun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə Ş.Səbriyeva inzibati məsuliyyətə cəlb edilib”.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib