Babək rayonunda çaya sel gəldi, körpü çökdü

# 19:09
23 may 2023

Kəndin yeganə yolunda olan körpünün selə dava gətirə bilməməsi buranı yolsuz qoyub. Dünən axşam saatlarında körpü tam olaraq çöküb və yarasız hala düşüb.

Körpü uçduqdan sonra yaşayış məntəqələri ilə əlaqə məhdudlaşıb. Körpünün belə vəziyyətdə olması əsasən yolun bu qolunda olan Nəhəcir və Göynük kəndlərində olan sakinlər üçün ciddi problemlər yaradıb.

Kəndə gediş-gəlişin təmin edilməsi məqsədi ilə müvəqqəti olaraq körpünün yanından - çayın içindən əlavə yol çəkilib.

Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR