Bağçalarla bağlı yeni qaydalar hansılardır?

# 18:16
28 iyun 2022

“Təhsil Nazirliyi bağçalarla bağlı diaqnostik qiymətləndirməni bitirib. Bizim bir neçə istiqamətdə işimiz gedir, bu məsələdə bu il üçün bir neçə prioritet sahə var. Çünki bütün işləri birdən-birə görmək mümkün deyil”.

 

APA TV-nin yerli bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, birinci mərhələdə əsas iş bağçalara şagird qəbulunun qaydaya salınmasıdır:“Şagird qəbulunun vahid platforma üzərindən həyata keçirilməsini istəyirik. Hazırda bununla bağlı ölkə üzrə məlumat bazası formalaşmamaqdadır. İkinci işimiz ilk dəfə müəllimlərin, tərbiyəçilərin bağçalara işə qəbulunun vahid formatda aparılmasıdır. Bunun da şəffaflığa, işə qəbul proseduralarına daha səmərəli töhfə verəcəyinə inanıram. Mingəçevir və digər şəhərlərdə bağça müdiri vəzifələri boşdur. Bir məsələ direktorların bağçalara işə qəbul prosesinin şəffaflaşması və bunun müsabiqə əsasında aparılmasıdır. Bu prosesin yay ərzində aparılmasını planlaşdırırıq. Bağçalarla bağlı uşaqların qidalanma məsələsi daha çətin və vacib məsələlərdən biridir. Düşünürəm ki, bununla bağlı qaydalar köhnəlib, yeni qaydaların hazırlanması zamanı çatıb. Ancaq həmin qaydaları hazırlamaq zaman tələb edir və bunlar icra oluna bilən olmalıdır”.

 

Nazir deyib ki, 1680 bağçada monitorinq aparılıb: “Hansı bağçada vəziyyətin necə olması barədə ilkin təsəvvürlərimiz var. Hazırda bir neçə bölgədə auditlər həyata keçirilir. Onların da nəticələri əsasında müvafiq intizam tənbeh tədbirlərinin görülməsi, yaxud daha ciddi əmək qanunvericiliyində nəzərdə tutulmuş məsələlərlə bağlı bu həftə ictimaiyyətə məlumat veriləcək. Bundan əlavə, ikin mərhələdə məktəblərin, bağçaların tikinti məsələsi də gündəmdə olacaq”.

 

Nazir bildirib ki, bu il ilk dəfə olaraq müəllimlərin sertifikasiyası planlaşdırılır: “Bu, bir neçə bölgəni əhatə edəcək. Eyni zamanda həm sistem, həm də rəqəmsal bacarıqların artırılması layihəsinin genişlənməsini düşünürük. Təhsil sahəsi ilə yanaşı, peşə təhsili ilə bağlı da yeniliklər olacaq”.

 

Emin Əmrullayev bildirib ki, direktorların qəbulu ilə bağlı dəyişiklik nəzərdə tutulmur.

 

Habil Aslanoğlu

Ziya İsmayılov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR