Bakı aeroportunda silahla tutulan şəxs şirkət rəhbəri imiş - APA TV
Bakı aeroportunda silahla tutulan şəxs şirkət rəhbəri imiş - APA TV Bir neçə gün əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanında silahla tutulan şəxsin kimliyi müəyyənləşib. Bu barədə “Qafqazinfo” hüquq-mühafizə orqanlarından məlumat əldə edib. Bildirilir ki, aeroport ərazisində yoxlanış zamanı çantasından tapança, 6 patron və 1 ədəd patron darağı aşkar edilən şəxs Litva vətəndaşı Şmiginas Gedimas olub. Mərkəzi ofisi Omanda yerləşən “Golden Energy” şirkətinin sahibi olan 1980-ci il təvəllüdlü Şmiginas Gedimas Bakıdan Qətərin paytaxtı Dohaya uçmaq istəyərkən saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib