Bakı bulvarında itkin düşən uşaqların sayı açıqlandı – 4 GÜNDƏ...
Son günlərdə paytaxtın bulvar ərazisində valideyn nəzarətindən yayınaraq itkin düşən uşaqların sayı açıqlanıb
Lent.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “facebook” hesabında paylaşım edib.
“Son 4 gündə paytaxtın bulvar ərazisində valideyn nəzarətindən yayınaraq itkin düşən 35 uşaq post patrul xidmətinin əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib”,- deyə Elşad Hacıyev qeyd edib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib