“Bakı evi”ndə dava düşdü, 3 erməni yaralandı - BİRİ ÖLDÜ
Moskvanın şərqində baş verən davada bir Ermənistan vətəndaşı ölüb, ikisi yaralanıb.
APA TV Lent.az-a istinadən xəbər verir ki, zərərçəkənlər, ilkin məlumata görə, əkiz qardaşdır.
Məlumata görə, hadisə Rusakovskaya küçəsində baş verib. Saat 03.30 radələrində “Bakinskiy dvornik” restoranının yaxınlığında vətəndaşlar arasında münaqişə başlayıb və nəticədə bıçaqlı davaya çevrilib.
Nəticədə ikisi 30 yaşlı əkiz qardaş olmaqla üç Ermənistan vətəndaşı ağır yaralanıb. Onlardan biri xəstəxanada dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən Qafqaz əsilli, 25-30 yaşlarında olan kişi axtarışa verilib. Münaqişənin səbəbləri araşdırılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?