Bakı ilə İrəvan arasında dəmir yolu haçan açılır?
Bakı ilə İrəvan regionda dəmir yolları kommunikasiyalarının açılması barədə razılaşmaya çox yaxındır.
APA TV TASS-a istinadən xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclasında deyib.
"Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə dəmir yolunun tikintisinə və bərpasına çox yaxındır. Bu isə regionda kommunikasiyaların açılması deməkdir", - deyə Paşinyan bildirib.
O, Üçtərəfli İşçi Qrupun rusiyalı üzvü Aleksey Overçukun dünən İrəvana etdiyi səfər zamanı əsas müzakirə mövzusunun Arazəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu xəttinin bərpası olduğunu da əlavə edib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib