Bakı metrosunda əxlaqsızlıq - Sərxoş kişi qadına GÖRÜN NƏ ETDİ
Bakı metrosunda tanımadığı qadına qarşı qeyri-əxlaqi hərəkətlər edərək ictimai asayişi pozan şəxs saxlanılıb.
APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə iyunun 8-də metronun “Ulduz” stansiyasında baş verib.
Belə ki, 48 yaşlı Füzuli Məcidov (ad və soyad şərtidir - red) sərxoş halda saat 12:25 radələrində platformada qatar gözləyən qadına qarşı əxlaqsızlıq edib. O, dərhal metropolitenin polis nəfərləri tərəfindən saxlanılaraq növbətçi hissəyə təhvil verilib.
Füzuli Məcidovun törətdiyi inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə adıçəkilən şəxsə 15 sutkalıq inzibati həbs cəzası verilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu