Bakı metrosunda yeni ödəniş üsulu: Artıq telefonla da mümkün olacaq
Metrodan istifadə edən paytaxt sakinlərinin sayı hər il artmaqdadır. Xüsusən də tədris ilinin başlaması ilə sərnişinlərin sayında artım olub və bu da metronun gücləndirilmiş iş qrafikilə çalışmasıyla nəticələnir. Sıxlıq artıdqca, stansiyaların girişindəki “Bakı kart” aparatlarının önündə də insan tıxacı yaranır. Bu cür halların qarşısını almaq üçün Bakı Metropoliteni yeni sistemin tətbiqinə hazırlaşır. Artıq yeni QR ödəniş üsulu “Xocasən” və “8 Noyabr” stansiyalarında tətbiq edilir. Bu üsul kartsız, həmçinin, elektron cihazlar üzərindən ödəmə üsullarını genişləndirməyə imkan verir. Bəxtiyar Məmmədov deyir ki, yaxın bir ay ərzində texniki müşahidələr aparılacaq. Bir aydan sonra isə işlər ardıcıl olaraq bənövşəyi xətt üzrə tamamlanacaq. Qeyd edək ki, ilin sonuna qədər Bakı Metropoliteni əksər stansiyalarında yeni sistemin tam tətbiqini planlaşdırır. AYNUR QARA ARİF ƏLİYEV HƏZRƏT BARAMLI APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu