Bakı Oksford Məktəbi ilə bağlı mühüm qərar
"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı üzərinə həbs qoyulmuş bir sıra əmlaklar müsadirə olunub.
APA-nın məlumatına görə, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova- Məmmədovanın sədrliyi keçirilən iclasda elan olunmuş hökmdə qeyd olunub.
Həmin əmlaklara Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbi, Sumqayıt şəhərində yerləşən bir şirkət, bir neçə fərdi yaşayış və bağ evləri daxildir.
Hökmdə qeyd edilib ki, Rasim Məmmədovun Bakının Səməd Vurğun küçəsində yerləşən iki evi və Bakıdakı bir torpaq sahəsinin üzərindən həbs götürülüb.
Qeyd edək ki, Rasim Məmmədov külli miqdarda mənimsəmə israfetmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat təşkil edib.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)