Bakı-Qazax yolunda avtomobil aşıb, 2 nəfər ölüb və 3 nəfər xəsarət alıb
Hacıqabul-Kürdəmir rayonlarının sərhədində baş vermiş yol qəzasında daha bir nəfər dünyasını dəyişib.
APA Tv-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul-Kürdəmir rayonlarının sərhədində qeydə alınıb. "Toyota" markalı 90-AA-047 qeydiyyat nişanlı avtomobilin aşması nəticəsində Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Hüseynov Ayxan Tahir oğlu hadisə yerində dünyasını dəyişib, onun atası 1983-cü il təvəllüdlü Hüseynov Tahir Səbuhi oğlu və daha 3 nəfər xəsarət alıb. Yaralılar Kürdəmir xəstəxanasına yerləşdirilib. Xəstəxanaya yerləşdirliən yaralılardan biri 1983-cü il təvəllüdlü Mətləb Yusifovun da həyatını xilas etmək mümkün olmayıb.
Avtomobildə olanların hamısı bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azad edilmiş ərazilərə köçənlərin mülkiyyət hüququ təmin olunacaq
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar