Bakı-Qazax yolunda iki yük maşını toqquşub

# 14:18
4 noyabr 2021

Tovuzda yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedec" markalı yük maşını digər "Mercedec" markalı yük maşınına çırpılıb. Qəza zamanı xəsarət alan sürücülərdən biri FHN - nin xilasediciləri tərəfindən yük maşınından çıxarılıb. Sumqayıt şəhər sakini olan sürücü  1986-cı il təvəllüdlü Vidadi Şabanov xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə, qəzaya havanın dumanlı olması səbəb olub. Toqquşan maşınların "Bazarstore"yə məxsus olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV,  Tovuz

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR