Bank Of Baku

Bakı-Qazax yolunda yanan yük maşını yolun bağlanmasına səbəb olub

# 01:56
12 mart 2020

Ucarda yük maşınının yanması yolun bağlanmasına səbəb olub.

APA Tv-nin yerli bürosunun xəbərinə görə, bu gün axşam saatlarında Bərdə rayon sakini, 1993-ci il təvəllüdlü Pərvin Famil oğlu Şərifovun idarə etdiyi "Mercedes" markalı qoşqulu yük maşını Bakı-Qazax yolunun Ucar rayonuna düşən ərazisində hərəkətdə olarkən qəfildən alışaraq yanıb.

Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin 4 texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Məlumata görə, yanan "Mercedes" markalı yük maşını Türkiyədən gəlirmiş və içərisində geyim əşyaları olub. Hadisə zamanı Bakı-Qazax yolu Bakı istiqamətində 40 dəqiqədən artıq bağlı qalıb.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR