Bakı-Qazax yolunda zəncirvari qəza baş verib
Bakı-Qazax yolunda zəncirvari qəza baş verib, xəsarət alanlar var. APA TV-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Ucar rayon sakini, 1994-ci il təvəllüdlü Asif Rais oğlu Məmmədovun idarə etdiyi traktor, Biləsuvar rayon sakini, 1996-cı il təvəllüdlü Cavad Cavid oğlu Qurbanlının idarə etdiyi" Mercedes", Bərdə rayon sakini, 1958-ci il təvəllüdlü Rizvan Səttar oğlu Nəsirovun idarə etdiyi "Ford" və Qazax rayon sakini, 1969-cu il təvəllüdlü İsmayıl Süleymanovun idarə etdiyi "Ford tranzit" markalı maşın toqquşub. Nəticədə traktorda olan sərnişin, 1967-ci il təvəllüdlü Rais Əsurət oğlu Məmmədov, "Mercedes"in sürücüsü C. Qurbanlı və sərnişinləri - Quba rayon sakini, 1995-ci il təvəllüdlü İxtiyar Bəxtiyar oğlu Abdullayev və Gəncə şəhər sakini, 1996- cı il təvəllüdlü İlkin Ceyhun oğlu Hüseynov aldıqları müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. Zahid Abışov. Devran Əsgərov
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib