Bakı-Quba yolundakı qəzada ölənlərin kimliyi bəlli oldu
Bakı-Quba yolunun 98-ci kilometrlitində (yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində) ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən verilən məlumata görə, “Mercedes Vito” markalı avtomobillə TIR toqquşub.
Ölənlər “Mercedes-Vito”-nun sürücüsü, Yardımlı rayon sakini, 1977-ci il təvəllüdlü Nəsimi Əlimuxtar oğlu Qubadbəyli, 1976-cı il təvəllüdlü Kamran Məmmədşah oğlu Məmmədov, 1982-ci il təvəllüdlü Elməddin Osman oğlu Əhmədov, 1980-ci il təvəllüdlü Vüqar Tərxan oğlu Musayev, 1979-cu il təvəllüdlü Akif Yusif oğlu Balakişiyev, Siyəzən rayonu, Gilgilçay qəsəbə sakini Quliyev Elvin Ramiz oğludur.
“DAF” markalı avtomobilin sürücüsü Qubanın Dağlı kənd sakini, 1992-ci il təvəllüdlü Elçin Atayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib