Bakı sakinini 5 nəfər döydü, maşını əlindən alındı
Fevralın 21-də saat 16 radələrində Nəsimi rayonunun C.Səlimov küçəsində bir nəfərin bir qrup şəxs tərəfindən döyülməsi və onu “Fiat” markalı avtomobillə aparmaları barədə Nəsimi Rayon Polis İdarəsinə məlumat daxil olub.
DİN-dən verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla 5 nəfərin xuliqanlıq zəminində R.Mamedovu döyüb xəsarət yetirmələri, avtomobillə aparmaları və 3-cü mikrorayon ərazisində buraxmaları müəyyən olunub.
Əməliyyat tədbirləri ilə bu əməli törətməkdə şübhəli bilinənlərdən əvvəllər məhkum olunmuş Ədalət Vəliyev və Pərviz Nəhmətov müəyyən olunaraq saxlanılıb. Şəxsiyyəti müəyyən olunan digərlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu