Bakı sakinini taladılar
Bakıda quldurluq edən saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində maskalı şəxs qəsəbə sakini olan bir nəfərin əlindən içərisində 1280 manat, 7900 ABŞ dolları və bank kartları olan sellofan torbasını quldurluq yolu ilə talayıb. Bu barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş V.Bağırov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir