Baki sakinləri Saatlıda saxlanıldı

# 14:55
7 fevral 2022

Saatlı polisi Bakı sakinlərini külli miqdarda narkotik vasitə ilə saxlayıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayon polis şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü  Ceyhun Məmmədli və 1990-cı il təvəllüdlü Asif Səmədov rayon ərazisində saxlanılıb.

Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan 1 kiloqramdan artıq narkotik maddə olan heroin, 10 qrama yaxın psixotrop maddə olan metamfetamin və 1 kiloqram 650 qram marixuana aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər bir müddət əvvəl xarici ölkə vətəndaşı ilə əlaqəyə girərək, satmaq məqsədi ilə ondan narkotik vasitələr istəyiblər və həmin şəxsin bank hesabına müəyyən miqdarda pul göndəriblər. Daha sonra isə Ceyhun Məmmədli və Asif  Səmədova narkotik vasitələrin Saatlı rayonu ərazisində gizlədildiyi yer bildirilib və onlar narkotik bağlamasını götürmək üçün qeyd edilən rayon ərazisinə gəliblər və bağlamanı gizlədildiyi yerdən götürüb aparan zaman onları Saatlı RPŞ-nin əməkdaşları saxlayıblar.

Dindirilmə zamanı hər iki şəxs qanunsuz əməllə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR