Bakı səmasında möhtəşəm görüntülər - "Texnofest”ə sayılı günlər qaldı

# 17:32
23 may 2022

Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 26-29 may tarixlərində “Baku Crystal Holl”da və Dənizkənarı Milli Parkda keçiriləcək dünyanın ən böyük texnologiya festifalı olan "Texnofest” üçün son hazırlıq işləri görülməkdədir. Bu barədə mətbuata rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov festivalının keçiriləcəyi əraziyə təşkil olunan mediatur zamanı məlumat verib.

O qeyd edib ki, “Kristal Hall” Zalının ərazisində quraşdırılan çadırlarda həm Türkiyənin, həm də Azərbaycanın texnologiya şirkətlərinin, nazirliklərinin təqdimatları olacaq, həm Azərbaycan, həm də Türkiyənin texnoloji yenilikləri təqdim ediləcək. Eləcə də, Türkiyə və Azərbaycan pilotlarının tamaşaları, su üzərində məşhur uçan adam şousu və ilk dəfə bu festival çərçivəsində "Flyboard" şousu nümayiş etdiriləcək.

Daha sonra APA TV-yə açıqlama verən Rəşad Bayramov qeyd edib ki, Azərbaycanda texnologiyaların inkişafı prioritet məsələlərdən biridir və gənclərin texnologiyaya marağının artırılması üçün bu festival mühüm əhəmiyyət kəsb edir.

Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” qrupuna daxil olan F-16 tipli təyyarələrin məşq hazırlıqları barədə fikirlərini bölüşən müşavir qeyd edib ki, festivalda nəinki bu qırıcılar, hətta Türkiyə istehsalı olan ən müasir hərbi avadanlıqların bəziləri də nümayiş olunacaq.

Qeyd edək ki, açılış və bağlanış mərasiminin keçiriləcəyi səhnədə festival ərəfəsində hər axşam saat 18-dən 20-dək konsert olacaq. Həmçinin burada külək turbinində akrobatların tamaşası nümayiş etdiriləcək. festival çərçivəsində bir sıra texnologiya müsabiqələri keçiriləcək və qaliblər bəlli olacaq.

 

Fuad Sadıqov

Fariz Quluyev

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR