Bakı-Sumqayıt şosesində üç avtomobil toqquşub, xəsarət alanlar var
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA TV xəbər verir ki, hadisə yolun Xırdalan şəhəri ərazisinə düşən hissəsində qeydə alınıb.
Məlumata görə, Əziz Kərimliyə məxsus "Tofaş" markalı avtomobil yolun sol zolağında hərəkətsiz vəziyyətdə olub. Onun bildirdiyinə görə, avtomobili nasaz vəziyyətdə imiş. Bu vaxt vaxt "Niva" markalı nəqliyyat vasitəsi yüksək sürətlə "Tofaş"a və hərəkətdə olan Nəbi Nağıyevə məxsus "Changan" markalı avtomobilə çırpılıb.
Nəticədə "Niva"nın sürücüsü və "Tofaş"ın sürücüsü Əziz Kərimli müxtəlif bədən xəsarətləri alıb. Həmçinin avtomobillərə ciddi ziyan dəyib.
Fakt üzrə araşdırmalar aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi