Bakı-Sumqayıt yolunda ağır qəza baş verdi
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Sumqayıt yolunun Xırdalan dairəsindən keçən hissəsində baş verib. Məlumata görə, yük maşını beton maneəyə çırpılıb. Nəticədə işıq dirəklərinə və digər yol infrastrukturuna ciddi ziyan dəyib. Qəza nəticəsində ölən və yaralanan olmayıb. Hadisə zamanı Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti çətinləşib, böyük tıxac yaranıb. Qisa müddətdə sözügedən yolda nəqliyyatın hərəkəti bərpa edilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu