Bakı-Sumqayıt yolundakı piyada keçidini kəsib oğurlamaq istədilər
Bakı-Sumqayıt yolundakı piyada keçidindən oğurluğa cəhd olunub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin metal dekorativ borularını kəsərək oğurlamağa cəhd göstərən iki nəfər ərazidə xidmət aparan Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların Füzuli rayon sakini Adəm Şükürov və Şirvan şəhər sakini Məhərrəm Səfərov olmaları məlum olub.
Saxlanılan şəxslər Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə təhvil verilib. Araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi