Bakıda 120 illik sehirli məktəb 

# 15:37
11 oktyabr 2021

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Təhsil Nazirliyi və Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə böyük xeyriyyəçi Zeynalabdin Tağıyev tərəfindən yaradılmış “Qızlar Məktəbi”nin yaranmasının 120 illik yubileyi münasibətilə  tədbir  keçirilib.  

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, 1901-ci il oktyabrın 7-də Bakıda Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maliyyə dəstəyi ilə müsəlman şərqində ilk dünyəvi “Qızlar məktəbi” yaradılıb. Məhz bu məktəbin məzunları Azərbaycan xalqının həyatında, onun maariflənməsində böyük rol oynayıblar.

Komitə sədri həmçinin, 11 Oktyabr - Beynəlxalq Qızlar Günü münasibətilə qadınları təbrik edib: ”Bir daha bu gün münasibəti ilə bütün Azərbaycan qadınlarını, qızlarını, təhsil işçilərini təbrik edirəm. Çünki çox gözəl, 120 ilə əsaslanan bir ənənəmiz vardır. O ənənəni bir üstünlüyə, devizə, çevirərək fəaliyyətimizə davam etməyi düşünürəm”.

Sonra təhsil naziri Emin Əmrullayev, Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli çıxış ediblər.


Sonda 2021-ci il ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş, aztəminatlı ailələrdən olan qızlara sertifikat və hədiyyələr təqdim olunub.

 

 

Semral Cavad,

Xəqani Hüseynov,

Apa Tv

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR